olkepress.com
olkepress.com

Blinken Qazaxıstan, Özbəkistan və Hindistana səfər edəcək

24-02-2023, 08:55

Blinken Qazaxıstan, Özbəkistan və Hindistana səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken fevralın 28-dən martın 3-dək Qazaxıstan, Özbəkistan və Hindistana səfər edəcək.

“Repot” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda deyilir.

Amerika diplomatiyasının rəhbəri Astanada Mərkəzi Asiyanın beş ölkəsi (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) və ABŞ arasında qarşılıqlı fəaliyyət üçün çoxtərəfli mexanizm olan formatda nazirlərin görüşündə iştirak edəcək.

İclas formatın iştirakçısı olan ölkələr arasında iqtisadi, enerji, ekoloji və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə həsr olunacaq.

Dövlət Departamentinin rəhbəri daha sonra Daşkəndə gedəcək və orada Özbəkistanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək. Martın 1-də Blinken Nyu-Dehliyə uçacaq və burada G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi