olkepress.com
olkepress.com

Putin İrəvana səfər edəcək

23-11-2022, 08:29

Putin İrəvana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak etmək üçün çərşənbə günü İrəvana səfər edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan lideri Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmonun iştirakı gözlənilir.

Kremlin mətbuat xidmətinin bir müddət əvvəl verdiyi məlumata görə, İrəvanda təşkilatda əməkdaşlığın əsas istiqamətləri, aktual beynəlxalq və regional problemlər nəzərdən keçiriləcək.

Bundan əlavə, Rusiya lideri Nikol Paşinyanla görüşəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi