olkepress.com
olkepress.com

Şəhid ailələri haqqında qanuna dəyişiklik edilir

8-09-2021, 15:21

Şəhid ailələri haqqında qanuna dəyişiklik edilir

Milli Məclisin Əmək və sosial siyasət və Səhiyyə komitələrinin gündəlikləri açıqlanıb.

Ölkəpress.com-un Milli Məclisdən əldə etdiyi məlumata əsasən, Əmək və sosial siyasət komitəsinin sentyabrın 10-da iclası keçiriləcək.

İclasda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.
Həmçinin, Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlara dəyişiklik layihəsi müzakirə olunacaq.

Səhiyyə komitəsinin iclası isə sentyabrın 13-də keçiriləcək. İclasda deputatlar “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik barədə fikirlərini bildirəcəklər.

İclasın gündəliyinə Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlara dəyişiklik layihəsi də daxil edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi