olkepress.com
olkepress.com

İraq Milli Bankının tikintisini "Azərsun holdinq"in rəhbəri Abdolbari Gözəl ailəsinə məxsus DAAX Construction MMC həyata keçirir - FOTO

18-11-2019, 09:44

İraq Milli Bankının tikintisini "Azərsun holdinq"in rəhbəri Abdolbari Gözəl ailəsinə məxsus DAAX Construction MMC həyata keçirir - FOTOTeref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, İraq Milli Bankının yeni binasının tikintisini "Azərsun holdinq"in rəhbəri Abdolbari Gözəl ailəsinə məxsus DAAX Construction MMC həyata keçirir.

DAAX Construction MMC 2006-cı ildə DİA Holdinqin ortaqlığı ilə Azərbaycanda təsis edilib və Yaxın Şərqdə ailəyə məxsus ən iri şirkətlər qrupu sayılan DAAX korporasiyasına daxildir. Şirkətə "Azərsun" rəhbərinin qardaşı oğlu Həsən Gözəl (Hassan Gozal) rəhbərlik edir.
Şirkət Azərbaycanda böyük vəsaitlər hesabına başa gələn fantastik layihələrin - 250 milyon dollara başa gələn Heydər Əliyev Mərkəzinin, 350 milyon dollarlıq Alov Qüllələrinin, 2 milyard dollar vəsait yönəldilən Şahdağ Turizm Kompleksi, Qəbələ rezidensiyası və Baku Premium Villas-ın tikintisini həyata keçirib.
Yeri gəlmişkən, İraq Milli Bankının "Yeni Babil qülləsi" adlandırılan yeni binasının dizayn müəllifi də Heydər Əliyev Mərkəzinin dizaynının müəllifi olan Zaha Hadiddir. Bina 2021-ci ilin sonuna kimi hazır olacaq.

Ölkəpress.com

İraq Milli Bankının tikintisini "Azərsun holdinq"in rəhbəri Abdolbari Gözəl ailəsinə məxsus DAAX Construction MMC həyata keçirir - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi