olkepress.com
olkepress.com

Coşqun Diniyevin yeni klubu açıqlandı

28-07-2024, 07:45

Coşqun Diniyevin yeni klubu açıqlandı

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin yeni klubu məlum olub.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, “Ümraniyespor”dan ayrılan futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
29 yaşlı yarımmüdafiəçi “Bandırmaspor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Diniyev 1-ci liqa təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Coşqun Diniyev ötən mövsüm “Ümraniyespor”un heyətində 33 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi