olkepress.com
olkepress.com

Boksçularımızın İtaliyadakı Avropa çempionatına hazırlıq planı: Bakı, Fərqanə...

13-05-2022, 14:11

Boksçularımızın İtaliyadakı Avropa çempionatına hazırlıq planı: Bakı, Fərqanə...

Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası Avropa birinciliyinin hazırlıqlarına start verib.

Ōlkəpress.com xəbər verir ki, komandamız təlim-məşq toplanışını baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Teymur Məmmədovun rəhbərliyi altında Bakı Boks Mərkəzində keçir.

Gündə iki dəfə fiziki, taktiki-texniki hazırlıq olacaq. Boksçularımız toplanışın ilk mərhələsini mayın 18-də başa vuracaqlar. Milli komanda ardınca Özbəkistana yollanacaq. Yığma üzvləri mayın 20-24-də Fərqanə şəhərində təşkil olunacaq beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

Yığmanın Avropa birinciliyinə kimi daha bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılır.

Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi