olkepress.com
olkepress.com

Tələbə yoldaşını öldürənə ağır cəza

15-02-2024, 21:18

Tələbə yoldaşını öldürənə ağır cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda yataqxanada tələbə yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə, Rəşad Muxtarov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Rauf Malışov təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il fevralın 8-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyev adıçəkilən təhsil müəssisəsinin tələbəsi, otaq yoldaşı, 2007-ci il təvəllüdlü Rəşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölüb.

Rəşad Muxtarova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi