olkepress.com
olkepress.com

Lökbatanda 26 yaşlı oğlan öldürüldü - Yenilənib

25-06-2023, 08:56

Lökbatanda 26 yaşlı oğlan öldürüldü - Yenilənib

Lökbatanda 26 yaşlı şəxs öldürülüb.

DİN-in mətbuat xidmətindən "Qafqazinfo”ya bildirilib ki, iyunun 24-də saat 23:50 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində 1997-ci təvəllüdlü Hudulov Həsən Məhəmməd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***
Lökbatanda 26 yaşlı şəxsin öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Qaradağ rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 25-i, saat 00:25 radələrində 1997-ci il təvəllüdlü Həsən Hudulovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Həsən Hudulovun Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi