İstanbulda partlayış olub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Fatih rayonunda baş verib.
İlkin məlumatlara görə, partlayış nəticəsində 5 nəfər yaralanıb.
Yanğın söndürülüb.
***
İstanbulda partlayış nəticəsində yaralananların sayı artıb.
Hadisə nəticəsində 10 nəfərin yaralandığı bildirilir.
Partlayış qaz idarəsi əməkdaşlarının evdə təmir işləri apardığı zaman baş verib.