olkepress.com
olkepress.com

İlqar İsmayılov HƏBS EDİLDİ

14-02-2022, 19:25

İlqar İsmayılov HƏBS EDİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ölkəpress.com APA-ya istinadən xəbər verir ki, bu gün hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İlqar İsmayılov verilmiş maddələrlə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

İ.İsmayılovun Nərimanov rayonu, Alı Alıyev küçəsində yerləşən evinin üzərinə qoyulmuş həbs götürülüb.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi