olkepress.com
olkepress.com

Azərbaycanlı milyarder fəhlələrin pulunu vermir - VİDEO

5-11-2019, 12:07

Azərbaycanlı milyarder fəhlələrin pulunu vermir -  VİDEOBir qrup vətəndaş Azərbaycan əsilli məşhur Rusiya milyarderi Fərhad Əhmədovun onlara borclu olduğunu iddia edir.

Bizimyol.info-ya istinadən xəbər veririk ki, video-müraciət edən şəxslərin sözləinə görə, onlar Fərhad Əhmədova məxsus daşınmaz əmlak sahəsinə işləyiblər.
“2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına kimi Göyçay və İsmayıllı rayonlarının ararsında yerləşən, Yekəxana su anbarını da əhatə edən “KƏND” MMC-nin ərazisindəki Fərhad Əhmədova məxsus malikanədə tikinti-quraşdırma, mebel və dekorasiya işlərinin həyata keçirilməsində təşkilatçılıq və digər işləri həyata keçirmişik.
Bir ilə yaxındır işlərin yekunlaşmasına baxmayaraq Fərhad Əhmədov görülmüş işlərə görə əmək haqqı qalıqlarını ödəməyib. Dəfələrlə özünün şəxsi elektron ünvanına və onun işlərini həyata keçirən şəxslərə müraciət etməyimizə baxmayaraq onlarla insanın zəhmət haqları ödənməmiş olaraq qalır”,-deyə müraciətdə bildirilib.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi