Vətəndaşı intihar həddinə çatdıran baş həkimə mükafat verilib
Suraxanı rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov Hövsanda fəaliyyət göstərən 23 saylı poliklinikanın baş həkimi Sənan Əliyevə mükafat verib.
ANAXEBER.info-ya daxil olan məlumata görə, mükafat Sənan Əlyevin tibb sahəsində göstərdiyi xidmətlərlə bağlıdır. Məsələnin maraqlı tərəfi budur ki, Sənan Əliyev ən çox şikayət edilən baş həkimlərdən biridir. Elə bu yaxınlarda onunla bağlı Məmmədova Sevinc Məmməd-Tağı qızı adlı vətəndaşın şikayəti dərci edilmişdi. Vətəndaş bildirirdi ki, 2019-cu ildən bu yana onkoloji xəsətliyi ilə əlaqədar əlillik ala bilmir: “2019-cu ilin dekabrından əlilliklə bağlı bütün sənədlərimi toplayıb Hövsan qəsəbəsində 23 sayl poliklinikaya təqdim etmişdim. Məni onkoloq Nərgiz qəbul etdi və süründürməçiliyə başlandı.Halım olmadığı üçün onkologiyadakı həkimim USM-dən imtina etməyimi təklif etdi. Ancaq qan analizi vermişdim.Hövsandakı onkoloq Nərgiz isə yenidən USM-dən keçməyimi tələb etdi. Mən də keçdim.Bütün cavablar qaydasında olduğu halda, Nərgiz həkim yaşayış yerindən arayış tələb edib: “Halbuki, mən o qəsəbədə doğulmuşam və arayış da gətirdim. Sonra dedi ki, kart yeni açılıb, sizə pensiya düşməz, 6 aydan sonra alınar, gedin, gələn ay baxarıq. Onun dediyi müddətdən sonra yenidən poliklinikaya getdim. Bu dəfə isə dedi ki, yerlər dolub, qol çəkdirib göndərə bilmərəm.Ondan “məni niyə belə süründürürsünüz?” soruşanda onkoloq Nərgizin cavabı belə oldu: “Baş həkim Sənan Əliyev məndən pul istəyir. Ona görə sənədlərinizi elektron qaydada göndərə bilmirəm”.Vətəndaş şikayət məktubunda daha sonra qeyd etmişdi ki, poliklinikanın rəhbrəliyi artıq onu intihar həddinə çatdırıb.Sevinc Məmmədovanın şikayət məktubuna bir çox saytlarda rast gəlmək olar. Amma deyəsən, Əziz Əzizovun bundan xəbəri yoxdur, yaxud da sıravi vətəndaşın problemi icra başçısı üçün maraqlı deyil.İcra başçısı Sənan Əliyevi mükafatlandıran zaman onun fəaliyyətini ciddi araşdırmalı idi. Ki, vətəndaşı intihar həddinə çatdıran baş həkimə mükafat verməklə özünü çətin vəziyyətə salmasın.
Ölkəpress.com