"Şuşada quruculuq işləri davam edir və Şuşanın siması aydan-aya dəyişir, özünün tarixiliyinə qayıdır".
Olkepress.com yazır ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.
"Şuşanın və Qarabağın tarixliyini özündə əks etdirən abidələrimiz bərpa edilməkdədir. Bu günə kimi artıq 16 abidəmiz tamamilə bərpa edilib", - o deyib.
Aydın Kərimov "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” adını daşımağın şərəfli və qürurverici olduğunu əlavə edib.
"Biz bununla Şuşanın bütün çağdaş türk dünyası üçün nə qədər böyük məna daşıdığını görürük".