olkepress.com
olkepress.com

Əli Mirəliyevin öldürülən müğənniyə borcu olub - üzr istədi

17-10-2023, 13:17

Əli Mirəliyevin öldürülən müğənniyə borcu olub - üzr istədi

Dünən müğənni Yaqut Nərimanın əri tərəfindən qətlə yetirilməsi hadisəsi cəmiyyətdə şok effekti yaratdı. İkinci şoku isə müğənni Əli Mirəliyev yaradıb.

Olkepress.com Lent.az-a istinadən xəbər verir ki, müğənni efirə çıxaraq günahın öldürülən müğənnidə olduğunu, Yaqutun ərinə xəyanət etdiyini, yolunu azdığını bildirib.

“İçib tez-tez məni yığırdı. Tanınsın deyə onu özümlə efirlərə aparmışam, amma sonra bildim ki, pis yollara düşüb”,- deyən Əli Mirəliyevin çıxışı müğənninin ailəsi tərəfindən narazılıqla qarşılanıb.
Əli Mirəliyev bu gün qatıldığı teleproqramlardan birində müğənninin anasından üzr istəyib. O əsəbi olduğunu, düşünmədən xoş olmayan ifadələr işlətdiyini desə də, Yaqut Nərimanın anası Əli Mirəliyevi bağışlamadığını, üstəlik Əli Mirəliyevin Yaquta pul borclu olduğunu bildirib.

Qeyd edək ki, Yaqut Nəriman adı ilə tanınan müğənni Yaqut Həşimova dünən həyat yoldaşı Anar Həşimov tərəfindən bıçaqlanaraq öldürülüb. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi