Bakının bir sıra yollarında tıxac yaranıb.
Bu barədə “Qafqazinfo”ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hazırda:
1. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
3. "20 Yanvar" dairəsində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
8. 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.