"Qəzza zolağından İsrail ərazisinə son bir sutkada 400-dən çox raket atılıb".
"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant məlumat yayıb.
O, bir neçə yaşayış binasına zərər dəydiyini bildirib:
"Raketlərin əksəriyyəti Qəzza zolağının ərazisinə düşüb. Onlar da açıq ərazilərdə partlayıb”.
Qeyd edək ki, mayın 2-si İsrail ordusunun yaydığı məlumata görə, fələstinli radikallar Qəzza bölgəsindən ölkə ərazisini atəşə tutublar. Buna cavab olaraq, İsrail hərbçiləri də Qəzza bölgəsinə zərbələr endirib.