Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. “20 Yanvar” dairəsində;
4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, hər iki istiqamətdə;
8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;
12. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
13. Babək prospekti, mərkəz istiqamətində;
14. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.