Çingiz Qənizadə ilə seçicilər arasında qalmaqal – VİDEO
80 saylı İmişli-Beyləqan seçki dairəsindən Milli Məslisə növbədənkənar seçkiyə öz namizədliyini irəli sürən Çingiz Qənizadə ilə seçicilər arasında qalmaqal yaşanıb.
Ölkəpress.com xəbər verir ki, namizədin görüşündə iştirak edən müharibə iştirakçısı olan sakinlərdən biri yaşayışından şikayət edib. Çingiz Qənizadənin “təsərrüfatın yoxdurmu” sualına cavab olaraq o, deyib:
- Cəmi 48 sot torpağım var. Mən onunla ailəmi necə dolandırım? Onun da yarısı qamışlıqdır.
- Çingiz Qənizadə: İndi biz ayrı torpaq işğal etməliyik? Kəndinizdə olan budur, 48 sot düşüb.
- Onunla ailə saxlamaq olar?
- Çingiz Qənizadə: İndi nə etsin, bələdiyyə, hardan torpaq versin?
- Milləti yaşatmaq lazımdır.
- Çingiz Qənizadə: Millət normal yaşayır da...
Deputatın son cavabından sonra ona yerdən etirazlar səslənib. Həmin görüntüləri təqdim edirik: (Yeni sabah)