olkepress.com
olkepress.com

Fransada suya qənaət dövrü başlayır

23-02-2023, 08:37

Fransada suya qənaət dövrü başlayır

Gələn bazar ertəsi Fransanın bəzi bölgələrində su istehlakına məhdudiyyətlər tətbiq oluna bilər.

Bunu Fransanın ətraf mühit naziri Kristof Beşu bildirib.

Tədbirlər sırasında içməli suyun evlərin çöl divarlarının, avtomobillərin yuyulması və hovuzların doldurulması üçün istifadəsinə qadağa qoyulması, həmçinin suvarma üçün istifadə olunan suyun miqdarının azaldılması da var.

Məlumata görə, bu tədbirlər qışdakı rekord quraqlıqla bağlıdır. Belə ki, Fransanın “Meteo France” meteoroloji xidmətinin məlumatına görə, yanvarın 21-dən etibarən ölkə ərazisində yağıntının miqdarı sutkada 1 mm-dən az olub.

Meteoroloqlar qeyd edirlər ki, ölkədə son 32 gün ərzində əhəmiyyətli yağış yağmayıb ki, bu da 1959-cu ildən bəri ən uzun müddətdir.

Mənbə: kommersant.ru


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi