Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.
Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 379 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 872 nəfər müalicə olunaraq sağalıb, 10 050 nəfər vəfat edib, aktiv xəstə sayı 457 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 676, hazırkı dövrədək isə 7 458 556 test aparılıb.