olkepress.com
olkepress.com

Gömrük generalı həbs olundu, bəs, Səfər Mehdiyev 1 manat rüşvət olsa istefa verəcəkdi? – Açıqlama

22-06-2022, 14:01

Gömrük generalı həbs olundu, bəs, Səfər Mehdiyev 1 manat rüşvət olsa istefa verəcəkdi? – Açıqlama

İyunun 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan yüksək vəzifəli şəxslərdən birinin kimliyi məlum olub.

Reportyor.info xəbər verir ki, onlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir. Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib. Bu həbs göstərir ki, gömrükdə rüşvət və korrupsiya xirtdəyə qədərdi, heç zaman da dəyişməyib. Amma Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəzifəyə təyin olunanda demişdi ki, gömrükdə bir manat rüşvət olsa, istefa verməyə hazırdı. Ancaq dəfələrlə gömrük işçilərinin rüşvətlə tutulması, vətəndaşların, iş adamlarının çoxsaylı şikayət və ittihamları olub, indi də gömrük generalı saxlanılıb, lakin Səfər Mehdiyev istefa vermir. Buyursun, tam zamanıdır, istefa versin!
İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, hələ 2013-cü ildən öz proqram sənədlərimizə Gömrük Komitəsinin ayrıca bir qurum kimi ləğv edilməsini təklif kimi yazmışıq: “Zatən edəcəklər, başqa yol yoxdur, büdcəyə vergi-gömrük daxilolmaları bir mərkəzdə toplanmalıdır. Müstəqillikdən bəri ölkə iqtisadiyyatına ən çox zərbə vuran üç qurum olubsa, bunlardan biri Gömrük orqanlarıdır, rüşvəti, korrupsiyanı bir kənara qoysaq, adamlar Gömrüyün fəlsəfəsini belə bilmirlər, bu da bir qırağa, hələ də, məsələn, nədən Gömrük orqanı işçilərinin hərbi rütbəsi olmağını belə anlamırlar, saxlanılan genaralları belə o poqonların tarixçəsini bilmirlər”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi