olkepress.com
olkepress.com

Azərbaycanlı jurnalist UEFA-nı boykot etdi: Çempionlar Liqasının oyunlarını şərh etməyəcək - VİDEO

27-11-2020, 17:42

Azərbaycanlı jurnalist UEFA-nı boykot etdi: Çempionlar Liqasının oyunlarını şərh etməyəcək - VİDEOAzərbaycanlı jurnalist, “CBC Sport” telekanalının əməkdaşı Rüstəm Əfsərli UEFA-nın bayrağı altında keçirilən beynəlxalq yarışları şərh etməkdən imtina edib.

O, bu gün efir üzü görmüş “Start” verilişində qonaq qismində çıxış edərkən qərarını açıqlayıb.

R.Əfsərli futbol/futzal millilərimizin, futbol/futzal klublarımızın oyunları istisna olmaqla, UEFA-nın bayrağı altında keçirilən beynəlxalq turnirlərin (Avropa çempionatının seçmə mərhələsi, Millətlər Liqası, Çempionlar Liqası, Avropa Liqası, Konfranslar Liqası, Super Kubok və s. – S.M.) matçlarını şərh etməyəcəyini bildirib.

Şərhçi bu addımını UEFA-nın “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu ermənilərlə bağlı “Facebook” statusuna görə ömürlük futboldan uzaqlaşdırılması barədə qərarına etiraz olaraq atıb. O, qərarını telekanal rəhbərliyinə demədiyini və bununla bağlı hər hansısa cəzaya hazır olduğunu bildirib.

Rüstəm Əfsərli onu da bildirib ki, bu addımı UEFA qərarını ləğv edənə və ya yüngülləşdirənədək davam edəcək.


Qeyd edək ki, UEFA həmçinin, bu statusa görə “Qarabağ”ı 100 min avro da cərimələyib.

ölkəpress.com





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi