olkepress.com
olkepress.com

Sinif yoldaşını öldürüb, yandırıb, sandığa gizlətdi - VİDEO

16-11-2019, 23:12

Sinif yoldaşını öldürüb, yandırıb, sandığa gizlətdi - VİDEO27 yaşlı İmişli sakinini öldürüb daha sonra yandıraraq sandığda gizlədiblər.

Ölkəpress.com xəbər verir ki, Muxtarın ölümü haqqında təfərrüatlar ötən gün Space Tv-də Amil Xəlilin «Gəl dərdini danış» sosial-kriminal layihəsində danışılıb.
Belə ki, verilişə müraciət edən Tahirə xanım oğlunun ölümündən söz açaraq cinayətkarın bir nəfər olmadığını iddia edib. Ananın sözlərinə görə, Muxtarın meyidinin tanınmaz halda olması onda bir sıra şübhəli məqamlar ortaya qoyub. Ana oğlunun sağ olduğunu belə düşünür. «Mən görmədim. Dedilər oğlumu yandırıb, sandığıda gizlədiblər. Gətirib dəfn elədik. Tanınmaz halda olduğu üçün göstərmədilər bizə. Bir nəfər həbs edildi. 19 il iş verdilər.Amma mən inanmıram ki, bu bir nəfərin işi olsun.» deyə Tahirə xanım bildirib.
Muxtarın ölümünə səbəb kimi onun yanında 14 min manat pulun olması göstərilir. Muxtar maşın almaq üçün Bakıya gəlib və onu öldürən şəxslə sinif yoldaşı olub. İlk olaraq Rabil Muxtardan xəbərsiz olduğunu desə də, isti izlərlə aparılan axtarış nəticəsində Muxtarı öldürüb, yandıran Rabilin olduğu bəlli olub.
Dəhşətli qətlin üstü açılanda isə Rabil hər şeyi etiraf edib. Verilişin gedişatında Amil Xəlilin «Muxtarın övladları varmı?» sualına ana özünəməxsus açıqlama verib: "2 övladı var. Biri o dünyasını dəyişəndən sonra anadan olub. Görmədi balam övladını. Yoldaşı da bacım qızıdır. Hamımız gözləyirik. Mən də, hiss edirəm ki,o, ölməyib, sağdır".



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi