olkepress.com
olkepress.com

Fil sümüyü və piton dərisi satan azərbaycanlı sahibkar saxlanıldı - VİDEO

30-10-2019, 17:40

Fil sümüyü və piton dərisi satan azərbaycanlı sahibkar saxlanıldı - VİDEOTürkiyəyə fil sümüyünü qaçaqmalçılıq yolu ilə gətirərək satan azərbaycanlı sahibkar saxlanılıb.

Ölkəpress.com-un xəbərinə görə, İstanbul Qaçaqmalçılıq İşləri üzrə Mübarizə İdarəsinin əməkdaşları “vəhşi heyvanların qeyri-qanuni ovlanması və ticarəti ilə mübarizə Konvensiyası” çərçivəsində fil, kərgədan və piton ilanı kimi heyvanlara aid parçaların və qiymətli daşların qaçaq yollarla ölkəyə gətirənlərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı məlum olub ki, Azərbaycanlı iş adamı fillərin, kərgədanların və başqa qırmızı kitaba daxil olan heyvanların parçalarını qaçaqmalçılıq yolu ilə bu ölkəyə gətirib. Sözügedən heyvan parçalarından heykəl, bıçaq , təsbeh, əsa, şahmat dəsti, çanta və ayaqqabı istehsal edilib və yüksək qiymətə satıb.
Əməliyat zamanı 189 ədəd fil dişi, bundan hazırlanmış təsbeh, 76 ədəd şahmat dəsti və bənzər əşyalar, 4,60 metr uzunluğunda piton dərisi, uzunluğu 50 santimetr olan gərgədan buynuzu, 75 və 85 santimetr uzunluğunda 2 fil buynuzu ələ keçirilib. Saxlanılan Azərbaycan vətəndaşı N.S. məhkəmənin hökmü ilə şərti ilə sərbəst buraxılıb.

Fil sümüyü və piton dərisi satan azərbaycanlı sahibkar saxlanıldı - VİDEO





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi