olkepress.com
olkepress.com

Nərminin ölümündə günahlandırılan Altay DANIŞDI - VİDEO

7-02-2020, 12:41

Nərminin ölümündə günahlandırılan Altay DANIŞDI - VİDEOTovuz rayonunun Dondar Quşçu kəndində öldürülən Nərmin Quliyeva cinayəti ilə bağlı yayılan səs yazısında adı hallanan Altay Ələkbərovun daha bir açıqlaması maraq doğurub.

Unikal.org xəbər verir ki, "Space TV"nin əməkdaşları Altay Ələkbərovun yaşadığı evə baş çəkiblər.
O bildirib ki, kimlərsə bilərəkdən onun adını cinayətdə hallandırıblar. Altay Ələkbərov vurğulayıb ki, ona və ailəsinə iftira atırlar.
Hadisəyə səbəb kimi Altay Ələkbərov istintaqa verdiyi ifadəni göstərir.
O bildirib ki, Nərminin meyitinin yandırıldığı an maşını ilə həmin ərazidən keçib. Həmin ərazi zibillik olduğundan qonşunun oradakı yanğını söndürdüyünü zənn edib və bu səbəbdən dayanmayıb.
Evə çatdıqdan yarım saat sonra isə hadisənin baş verdiyini eşidib. Dərhal hadisə baş verən əraziyə qayıdıb.
Bu barədə polis əməkdaşlarına da məlumat verilib.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi