olkepress.com
olkepress.com

Kürdəmirdə 4 ha biçilmiş taxıl sahəsi yandı - VİDEO

21-06-2022, 11:47

Kürdəmirdə 4 ha biçilmiş taxıl sahəsi yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Qarasaqqalı kəndində vətəndaşa məxsus taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Ölkəpress.com-a verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Məhərrəmov Məhərrəm Abdulxaliq oğluna məxsus biçilmiş taxıl sahəsində baş verdiyi və alovun hər an yaxınlıqda yerləşən biçilməmiş taxıl sahəsinə keçmə riskinin mövcud olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək alovun biçilməmiş taxıl sahəsinə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində 4 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, o cümlədən kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edərək, xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi