olkepress.com
olkepress.com

Keçmiş PA şefinin SEMENT BİZNESİ...

26-05-2022, 12:37

Keçmiş PA şefinin SEMENT BİZNESİ...

İllər öncə Bakının Yasamal rayonunda bina çökəndə və fəhlələr həlak olanda Gündəlik-Bakı olaraq yazdıq ki, binanın tikintisində istifadə olunan sement keyfiyyətsiz olub.

Bəli, vaxtilə İnşaat materiallarını araşdıran elmi-tədqiqat institutu var idi, indi də olmalıdır...
Həmin institut rəy vermədən, nə sement, nə kubik, nə kərpic tikintidə istifadə oluna bilməzdi.
Amma müstəqillik dönəmində kim necə istəyirsə şirkət açıb daş-qum-çınqıl sexi işlədir və tikinti materiallarının heç biri konkret olaraq institut tərəfindən razılıq almadan istifadə olunur.
Ekspertlər hətta tikintidə istifadə olunan armaturların zəif bir zəlzələyə davam etməyəcəyini dəfələrlə mediaya bildiriblər.
Sözün qısası, bu gün tikilən binaların nə dərəcədə dözümlü olmasını gələcək müəyyən edəcək.
Belə saxta sement satan şirkətlərdən biri də “Qaradağ Ez” adlı şirkətdir.
Ümumiyyətlə, Azərbaycanda tikintilərdən sonra evlərdə çatların əmələ gəlməsi, ciddi problemlərin yaranması istər mütəxəssislər tərəfindən, istərsə də sadə insanlar tərəfindən sementin keyfiyyətsizliyi ilə əlaqələndirilir. Bəzi şəxslər iddia edirlər ki, sement az vurulur və ya məsul şəxslər sementi “yeyir”.
Əslində məsələ sementin azlığında və ya çoxluğunda yox, keyfiyyətsiz olmasındadır.
Hər bir məhsulun üzərində onun istehsal tarixi və istifadə müddəti yazılmalıdır. Bu qanunla tənzimlənir.
Məsələ ondadır ki, “Qaradağ Ez” adlı şirkətin istehsal etdiyi sementlərin üzərində istifadə müddəti göstərilmir. Bu da qiyməti digər firmalardan aşağı edən şirkətin əslində istehlakçılara istehsal müddəti keçmiş sement satdığı iddiasını ortaya çıxarır.
Araşdırma zamanı məlum olur ki, digər sement şirkətləri istehsal etdikləri sementlərin üzərinə tarix və 60 günlük zəmanət qoyur. Ancaq “Qaradağ Ez” adlı şirkət nəinki bunu edir, hətta topu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə atır. Yəni, dövlət qurumunu öz saxtakarlıqlarına ortaq edirlər. Bəlkə də ortaqdılar....
Xidmətin bu ittihama cavab verməməsi də, ciddi suallar doğurur.
Mediada yayılan məlumatdan bəlli olur ki, “Qaradağ Ez” adlı şirkətin sahibi Anar Ağayevdir. Anar Ağayev və şirkəti barədə araşdırma aparanda məlum olur ki, 2016-cı ildə 1 Saylı Bakı Məhkəməsinin qərarı ilə “Qaradağ Ez” şirkətinin satışı qadağan olunub. Saxtakarlıq ittihamı “Qaradağ Ez” üçün yeni deyil. Həmin vaxtda “Qaradağ EZ Speak” şirkəti saxta sement istehsal etdiyi və satışa çıxardığı üçün qadağan olunub. Məsələ ondadır ki, həmin qərara rəğmən şirkət yenə fəaliyyətini davam etdirib. Məhkəmə qərarı olmasına rəğmən Anar Ağayev bazardan və əməlindən nəinki çəkilib, hətta müştərilərini arxayın edib ki, növbəti məhkəməni udacaq. Məhz havadarları sayəsində qanunsuz sement istehsalı ilə məşğul olan Anar Ağayev külli miqdarda sərvət toplaya bilib.
Görəsən Anar Ağayevin hətta məhkəmə qərarlarını saymamasının səbəbi nədir..?
Mediada yayılan məlumatlardan bəlli olur ki, Anar Ağayevin arxasında dayanan şəxs, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkənəni, keçmiş millət vəkili İlham Əliyevdir.
İddialara görə, neçə ildən bəri sabiq deputat Anar Ağayevə “krişalıq” edir, şəxsi əlaqələrindən istifadə edərək şirkətin saxtakarlıqlarına qanuni don geyindirir və təbii ki, qarşılığında payını alır.
Bu səbəbdən də, Anar Ağayev hər yerdə adamlarının güclü olduğunu və istədiyi kimi davranacağını deyir. Anar Ağayev arxasındakı şəxsə o qədər güvənir ki, dövlətə, dövlət qurumuna belə meydan oxuya bilir.
Anar Ağayevə hər yerdə “xozeyin” deyə müraciət edirlər.
Bu adam 003 dövlət nömrə nişanlı bahalı maşın kolleksiyasına sahibdir.
Bu adamı tanıyanlar bilir ki, bu adam “saat manyakı”dır, qolundakı saatın qiyməti 10-15 min manatdır.
Barəsində məhkəmə xəbərdarlığı olan Anar Ağayev hətta Ramiz Mehdiyevi sanki əvvəlki nüfuzunda qəbul edərək, ölkə qanunlarına meydan oxuyur.
Amma anlamır ki, Ramiz Mehdiyevlərin qatarı çoxdan gedib.
Yəqin ki, İqtisadiyyat Nazirliyi, Vergi Dövlət Xidməti və digər dövlət qurumları “Qaradağ Ez” şirkəti ilə bağlı öz sözlərini deyəcəklər.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (gundelik-baku.com)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi