olkepress.com
olkepress.com

Lerik meşələrini məhv edirlər - VİDEO

17-09-2021, 13:16

Lerik meşələrini məhv edirlər - VİDEO
Lerikdə Nazir Orucovun meşəbəyisi olduğu "Razvandoband" meşəbəyliyinin 16-cı dolayında baş verən meşə qırıntıları yağışdan əvvəl həyata keçirilib və yağışdan sonra "Kamaz" markalı yük avtomobili ilə Masalli rayonuna mebel sexlərinə satılması üçün aparılıb.

Bu qədər meşələri doğrayaraq sağa-sola daşıtdıran Nazir Orucov və sair şəxslərə dur deyən, gözün üstə qaşın var deyən tapılmır.
Ancaq 40 ilin müəllimi Əmənulla Kazımov meşədə yıxılmış halda çürük ağaclardan ailəsi üçün qış tədarükü etdiyinə görə Nazir Orucov tərəfindən döyülərək təhqir olunur, odunu bir qrup meşə oğruları tərəfindən,Nazir Orucovun göstərişi əsasında əlindən alınır və idarənin ərazisinə daşınır.Hətta bu da azmış kimi üstünə Lerik rayon polis idarəsinin xeyli əməkdaşları cəlb olunur. Bu minvalla Nazir Orucov mif yaradır ki,güya meşələri qoruyur. Ancaq əbəs yerə özünü yorur.
Ümumiyyətlə,Lerik meşələrinin qırılması prosesi Ekologiya və təbii sərvətlər nazirliyinin göstərişi əsasında həyata keçirilir. Bu işə rəhbərliyi meşələrin inkişafı xidməti departamentinin rəisi Namik Xıdırov həyata keçirir. Əlbəttdəki Muxtar Babayevin inandığı adamı cənab nazirin insanlığından istifadə edir.
Daha ətraflı video şərhdə dinləyin.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
(Azinfo.tv Kendtv.info)



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi