olkepress.com
olkepress.com

Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ

18-11-2019, 18:30

Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə bəzi "Android" smartfonlarına müdaxilə etməyə müvəffəq olublar.

“ICTnews”a istinadən xəbər veririk ki, ekspertlərin araşdırmasına görə, "Bluetooth" standartını dəstəkləyən qurğular cinayətkarlara smartfona müdaxilə etməyə, fərdi məlumatları oğurlamağa, hətta zəngləri ələ keçirməyə imkan verir.
Hakerlər cihazlara müdaxilə üçün AT-interfeysdən istifadə edirlər. Smartfona göndərilən xüsusi əmrlər nəticəsində təhlükəli bağlantı yaradılır.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Aleksey Qrişin izah edib ki, cinayətkarlar Bluetooth-qurğunun smartfona qoşulması vaxtı yaranan boşluqdan istifadə edirlər. Onun sözlərinə görə, indi simsiz qurğular və cihazlar arasında rabitə protokolu daha təhlükəsizdir. Buna görə hakerlər yeni üsul (simsiz qarniturlar) axtarıb tapıblar. Qurğunu daim yeniləyərək təhlükəsizliyi qorumaq olar. Çünki istehsalçılar hər yeniləmədə aşkar edilmiş boşluqları aradan qaldırırlar.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi