olkepress.com
olkepress.com

“Müharibə bitdikdən sonra istefa verməyə hazıram”

25-09-2025, 16:50

“Müharibə bitdikdən sonra istefa verməyə hazıram”

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başa çatdıqdan sonra dövlət başçısı postunu tərk etməyə hazır olduğunu bildirib.

O, bu barədə “The Axios Show” proqramına müsahibəsində danışıb.

Jurnalistin “Hərbi əməliyyatlar başa çatdıqdan sonra öz işinizi tamamlanmış hesab edirsinizmi?” sualına cavab verən Zelenski istefaya getməyə hazır olduğunu qeyd edib. O, həmçinin atəşkəsdən sonra Ali Radaya seçkilərin keçirilməsi ilə bağlı müraciət etməyə hazır olduğunu da vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, onun məqsədi növbəti prezident seçkilərində iştirak etmək yox, müharibəni bitirməkdir.

Qeyd edək ki, V.Zelenskinin 5 illik səlahiyyət müddəti 2024-cü il mayın 21-də başa çatıb. Ölkədə hazırda hərbi vəziyyət rejimi qüvvədə olduğundan seçkilər təşkil edilməyib. Ukraynada hərbi vəziyyət rejimi isə 2022-ci ilin fevralında elan edilib və həmin tarixdən müddəti mütəmadi olaraq uzadılır


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi