olkepress.com
olkepress.com

Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib

25-09-2025, 16:49

Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib
.
Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini 2007-ci ildəki seçki kampaniyasını maliyyələşdirmək üçün Liviyanın keçmiş lideri Muammər Qəddafidən milyonlarla avro alması ittihamı üzrə təqsirli bilib.

Bu barədə məlumatı “BFMTV” telekanalı yayıb.

İstintaq məlumatına əsasən, Sarkozi yaxın adamları vasitəsilə 2007-ci il prezident seçkiləri zamanı özünün seçki kampaniyasına əlavə maliyyə vəsaitləri cəlb etmək üçün M.Qəddafi ilə “korrupsiya paktı” bağlayıb.

Eyni zamanda, məhkəmə Fransanın sabiq prezidentini dövlət vəsaitlərinin mənimsənilməsi və passiv korrupsiya kimi digər ittihamlar üzrə təqsirli bilməyib.

Bununla belə, eks-prezidentin həbsi ilə bağlı yekun qərar hələ açıqlanmayıb.

Qeyd edək ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub. (13:56)

Məhkəmə N.Sarkozinin 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Bununla yanaşı, keçmiş prezident 100 min avro həcmində cərimə ödəməli olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi