Qəzza zolağında münaqişənin gərginləşdiyi bir il ərzində 42,1 mindən çox insan ölüb.
Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Ölənlərin sayı 42 min 175 nəfərə çatıb. 98 min 336 nəfər isə xəsarət alıb”, – məlumatda vurğulanıb.
Bildirilib ki, son 24 saat ərzində 49 nəfər ölüb, 219 nəfər yaralanıb.