Türkiyəli güllə atıcısı Şəvval İlayda Tarhan “Paris-2024” Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə edib.
Bu barədə “Hürriyyet” qəzeti yazı dərc edib.
Ş.İlayda 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.