olkepress.com
olkepress.com

Sinqapurda cütlük toyunu KFC-də etdi

1-12-2023, 23:23

Sinqapurda cütlük toyunu KFC-də etdi

Sinqapurda cütlük toyunu KFC restoranında edib.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Mothership” nəşri məlumat yayıb.

Gəlinin sözlərinə görə, bu, onun çoxdankı arzusu olub, çünki o, qızardılmış toyuq həvəskarıdır.

32 yaşlı Hizer Vonqu sevindirən “fast food” şəbəkəsi nəinki onun toyunu təmin etməyə razılıq verib, həm də qonaqların yeməklərinin yarısına sponsorluq etməyi təklif edib. Restoran cütlük üçün “qızardılmış toyuq buketi” də hazırlayıb.

Bəy və gəlin sosial şəbəkədə tanış olduqlarını, ilk görüşlərinin KFC-də olduğunu bildiriblər. Hizer əlavə edib ki, dostları toyun harada keçiriləcəyini biləndə şoka düşüb.

Toyun cütlüyə təxminən 2000 dollara başa gəldiyi, lakin məbləğin böyük hissəsinin “fast food” restoranı tərəfindən ödənildiyi bildirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi