olkepress.com
olkepress.com

Bu ölkədə Tiktok bloklanır

31-08-2023, 07:28

Bu ölkədə Tiktok bloklanırQırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə Tiktok sosial şəbəkəsini bloklamaq qərarına gəlib.

Axar.az xəbər verir ki, buna səbəb kimi qeyri-hökumət təşkilatlarından Tiktok sosial şəbəkəsinin uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsiri ilə bağlı şikayətlərin getdikcə artması göstərilib.

Təşəbbüs müəlliflərinin sözlərinə görə, yeniyetmələr Tiktok videolarına baxdıqdan sonra bəzilərinin həyatı üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışırlar.

Bundan əlavə, bildirilib ki, sosial şəbəkə aludəçiliyə səbəb olmaqla, gənc nəslin emosional vəziyyətinə mənfi təsir göstərir


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi