olkepress.com
olkepress.com

Rusiya nüvə silahına əl atarsa...

13-07-2023, 11:06

Rusiya nüvə silahına əl atarsa...Rusiyanın qüvvədə olan hərbi doktrinasına görə o nüvə silahından yalnız cavab zərbə qüvvəsi kimi istifadə edəcək, bu o deməkdir ki, Rusiya nüvə zərbəsinə məruz qalacağı təqdirdə özünün dövlət suverenliyini, ərazi bütövlüyünü, təhlukəsizliyini qorumaq məqsədi ilə nüvə zərbəsindən istifadə etmək huququnu özündə saxlayir.

Bunu politoloq Elşən Manafov “Xalq Cəbhəsi”nə deyib:

“Medvedevin açıqlaması son vaxtlar Pentaqonda Rusiyaya qarşı məhdud nüvə zərbələrinin endirilə bilməsi kimi bəzi ABŞ generallarının sərsəm açıqlamaları fonunda verilib. Zira, hətta məhdud nüvə zərbələri cəmi 1 saat ərzində hesablamalara görə 90 milyondan çox insanın ölümünə səbəb olacaq. Məlumdur ki, nüvə silahından kutləvi qırğın silahı kimi məhz ilk dəfə ABŞ 1945-ci ilin avqustunda Yaponiyanın ərazisində hərbi obyektləri olmayan mülki əhalinin yaşadığı şəhərlərə qarşı istifadə etmişdir. O zamanki nüvə silahlarının partlayış gücü təxminən 20 kiloton həcmində olmuşdur. İndi ABŞ-ın hərbi arsenalında təxminən 4 dəfə az gücə, yəni 5 kilotonluq nüvə silahları var və Pentaqondakı qırğılar əsasən sualtl gəmilərdə olan bu səpkili silahlardan istifadə etməyə çağırırlar. Qərbdə belə muharibəyə permanent müharibə, yəni məhdud, taktiki, nüvə zərbələrinin endirilməsi ilə müşahidə olunan müharibə deyirlər. Halbuki istənilən məhdud zərbələrin sonluqda qlobal nüvə müharibəsinə gətirəcəyi birmənalıdır və bu müharibədə heç bir tərəf qalib olmayacaq”.

E.Manafov onu da qeyd edib ki, Rusiyanin nüvə başlıqlı taktiki raketlərinin sayı ümumilikdə NATO-nun sərəncamındakı raketlərin sayına təxminən bərabərdir, bu mənada Rusiyanı nüvə müharibəsinə sövq etmək real gerçəklikləri görməmək və dünyanı fəlakətə sürükləməkdən başqa bir şey deyil:

“Medvedevin Zaparojye AES, habelə Şərqi Avropadakı nüvə obyektlərinə nüvə zərbələrinin endirilə biləcəyi ilə bağlı NATO-da qlobal təhlukəsizlik problemlərinə məsuliyyətsizcəsinə yanaşanlara xəbərdarlıqdır. ABŞ prezidenti Baydenin Ukraynaya tətbiqi beynəlxalq konvensiyalarla qadağan olunmuş kasset bombalarının öturulə biləcəyi ilə bağlı açıqlamaları da məsuliyyətsiz bəyanatdır. Əvvəla, ABŞ muttəfiqi olan dövlətlər, məsələn, Böyuk Britaniya və İspaniya bu addımları atmayacaqlarını bəyan ediblər. İkincisi, ptezident Bayden kasset bombalarının Ukraynaya hansı zərurətdən verilə biləcəyi ilə bağlı suala qəribə bir cavab “sursatımız qurtarib” deyə cavab verib ki, bu adekvat cavab deyil və əgər gerçəkdən belədirsə bu ABŞ-ın gil ayaqlı nəhəng olması anlamında da qəbul oluna bilər.

Dünyada bu kimi silahların ən böyuk istehsalçıları məhz ABŞ, Rusiya və Çindir. Onlar bu silahların yayilmayacağı və ya tətbiq olunmayacagı ilə konvensiyalara qol çəkməyiblər, amma göründüyü kimi qarşı tərəfi bu silahların tətbiq oluna biləcəyi ilə bağlı təhdid edən də məhz ABŞ-dır. Rusiyanı Ukraynaya qarşı təcavüzdə ittiham edən ABŞ özu İkinci dünya müharibəsinin başa çatmasından keçən bu dövr ərzində azi 70 dəfə xüsusi təyinatlı hərbi əməliyyatlar apararaq, ABŞ-ın milli maraqlarını qorumaq adi altında öz sahillərindən minlərlə km uzaqlıqda müstəqil və suveren dövlətlərin ərazisinə hucumlar etmiş,blegetim hakimiyyətləri ya birbaşa hərbi mudaxilə və ya maliyyələşdirdiyi rəngli inqilablar vasitəsilə devirmiş, bu ölkələr xaos və vətəndaş meharibələrinin girdabina suruklənmişlər. Yeri gəlmişkən, “idarə olunan xaos” ABŞ-ın dünyaya təqdim etdiyi yeni ifarəetmə formasıdır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi