olkepress.com
olkepress.com

Kadırovçular Baxmuta göndərildi

10-07-2023, 08:24

Kadırovçular Baxmuta göndərildiÇeçenistan rəhbəri Ramzan Kadırov "Axmat" xüsusi təyinatlılarının Ukraynanın işğal altında olan Baxmut bölgəsinə göndərildiyini açıqlayıb.

Bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb.

Bildirilir ki, hərbçilərə Apta Alaudinov komandanlıq edir. Çeçenistan rəhbərinin sözlərinə görə, belə bir qərar Baş Qərargahın etimadından və bölmənin yüksək döyüş qabiliyyətindən xəbər verir.

Qeyd edək ki, may ayının sonunda "Axmat" xüsusi təyinatlıları Maryinsk istiqamətinə köçürülüb. "Vaqner" muzdlularının qiyam cəhdi zamanı hərbçilər "terror əleyhinə əməliyyat keçirmək" üçün Maryinski istiqamətindən Rostov-na-Dona göndərilib. Daha sonra “Axmat” yenidən müharibə bölgəsinə aparılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi