olkepress.com
olkepress.com

Bayden Putin görüşü olacaqmı?

28-10-2022, 08:42

Bayden Putin görüşü olacaqmı?
ABŞ indi Rusiya ilə təmasların faydalı olacağına inanmır.

Lent.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, buna görə də Vaşinqton ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında görüş planlaşdırmır.

Onun sözlərinə görə, hazırda hər hansı diplomatik imkanlar olsaydı, ABŞ buna gedərdi.

“Ancaq biz bunu görmürük”, - deyə Blinken bildirib.

O, Baydenin G20 sammitində Putinlə görüşmək fikrində olmadığını vurğulayıb.

Blinken əlavə edib ki, Ukrayna ətrafında vəziyyət Moskva və Kiyev arasında birbaşa danışıqların gedişində həll edilməlidir.

Əvvəllər o, “soyuq müharibə”dən sonrakı dövrün bitdiyini, indi dünyanın yeni dünya nizamını müəyyən etmək üçün rəqabətə başladığını bildirib.

Blinken hesab edir ki, dövlətlər dünyada mərkəzi rol oynamağa davam etmək üçün bütün lazımi vasitələrə malikdirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi