olkepress.com
olkepress.com

Atatürkün doğulduğu şəhərdəki Azərbaycan Evindən reportaj - VİDEO

12-04-2022, 20:20

Atatürkün doğulduğu şəhərdəki Azərbaycan Evindən reportaj - VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin və İctimai Televiziyanın ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı Yunanıstanın Saloniki şəhərində yerləşən Azərbaycan Evindən hazırlanıb.

Komitədən verilən məlumata görə, Rəşid Məmmədovun rəhbərlik etdiyi “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan Evində Salonikidə və ətraf şəhərlərdə yaşayan həmvətənlərimiz, eləcə də dost xalqların nümayəndələri tez-tez bir araya gəlir, Azərbaycanın milli bayramlarını, əlamətdar günləri birlikdə qeyd edir, Azərbaycan mədəniyyətini, tarixini və adət-ənənələrini təbliğ edir, ölkəmizlə bağlı xoş xatirələrini bölüşürlər.

Qeyd edək ki, Saloniki Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğulduğu şəhərdir.



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi