Meksikada 7,1 bal gücündə zəlzələ baş verib - VİDEO
Meksikada 7,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Meksikanın Seysmoloji Xidmətinin “Twitter” səhifəsində məlumat verilib..
Qeyd olunur ki, zəlzələ Meksikanın Akapulko şəhərindən 11 kilometr cənub-şərqdə, on kilometr dərinlikdə meydana gəlib.
Zəlzələ nəticəsində paytaxt Mexiko şəhərinin bir hissəsində elektrik enerjisi kəsilib.
Hələlik dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.
Ölkəpress.com