olkepress.com
olkepress.com

Hacıbala Abutalıbovun qohumunun adı qalmaqalda

20-01-2021, 11:32

Hacıbala Abutalıbovun qohumunun adı qalmaqaldaBakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun qohumu yolkəsənlik edib. Bu haqda redaksiyamıza Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 45 saylı binada yaşayan Natiq Ələsgərov məlumat verib. Vətəndaş bildirib ki, yaşayış binasının altında yerləşən qeyri-yaşayış sahəsinin Azadxan adlı sahibi dükanın M.Əliyev küçəsinə çıxış hissəsində piyadalar üçün nəzərdə tutulmuş hissəni zəbt edib.

Vətəndaş deyir ki, sakinlər dəfələrlə Azadxandan piyada yolunun zəbtinə son qoyulmasına tələb ediblər: “Azadxan da deyir ki, heç kimdən və heç nədən qorxmur, piyada yolunu kəsməyə ona ”Memar-2" MTK-nın keçmiş sahibi Xədicə Mamant qızı Nəsirli icazə verib. Xədicə Nəsirli Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun yaxın qohumudur. Deyirlər ki, bibisi qızıdır. Fakt odur ki, Yasamal rayonu, M.Əliyev küçəsi, 45 ünvanında piyada yolu zəbt edilib, özbaşına tikili tikilib və piyadalar məcbur qalıb həmin hissədə maşın yoluna çıxırlar. Bu isə hər an təhlükə deməkdir. Üstəlik, mövcud tikinti qaydalarından, bu ünvandakı layihədən kənar çıxaraq Bakı şəhərinin gözəlliyini korlayır".

Vətəndaş Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edərək özbaşına tikilinin sökülməsini, piyadaların təhlükəsizliyinin təmin edilməsini, gediş-gəliş yolu açılmasını xahiş edib".

Vətəndaş piyada yolunun zəbt edilərək market tikilməsi əks olunan fotoları da redaksiyamıza təqdim edib.(“Yeni Müsavat”)

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi