olkepress.com
olkepress.com

Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb

15-01-2021, 13:12

Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıbQubadlı rayonu, Xanlıq kəndində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb.

Bu barədə FHN məlumat yayıb.
Məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, bundan əvvəl işğaldan azad edilmiş digər ərazilərdə, o cümlədən Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi