olkepress.com
olkepress.com

Karantin rejimi yumşaldılacaq? - VİDEO

14-01-2021, 10:38

Karantin rejimi yumşaldılacaq? - VİDEOÖtən ay ölkədə gün ərzində 5000-ə yaxın yoluxma qeydə alınırdı. İndi isə həm yoluxma kəskin azalıb, həm də ölüm halları aşağı düşüb.
Millət vəkilləri hesab edirlər ki, yoluxma azaldığı üçün sərtləşdirilmiş karantin rejmi yumşaldıla bilər.


Məlahət İbrahimqızı bildirib ki, yaxın dövrdə virus əleyhinə kütləvi peyvəndləmənin həyata keçiriləcəyini nəzərə alsaq məhdudiyyətlərin aradan qaldırılacağı ehtimalları yüksəlir.

Dekabr ayında ölkəmizdə koronavirusa yoluxanların sayı pik həddə çatmışdı. İndi isə həm yoluxma, həm də ölüm sayında ciddi azalmalar müşahidə edilir.

Millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, ötən ay gündəlik 5000-ə yaxın olan yoluxmanın təxminən 9-10 dəfə azalaraq 3 rəqəmli saya düşməsi sərtləşdirilmiş karantin rejminin 18 yanvar tarixindən yumşaldıla biləcəyindən xəbər verir.

Millət vəkili deyir ki, ölkəmizdə koronavirusa qarşı peyvəndləmə yaxın vaxtlarda start götürəcək. Çünki Çindən alınmış peyvənd materialları artıq gətirilib. Vaksinasiya prosesinə ilk növbədə əhalinin həssas qrupundan başlanacaq.

Millət vəkili hesab edir ki, kütləvi peyvəndləmədən sonra yaxın aylar ərzində ölkədə həyat normala dönə bilər.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi