olkepress.com
olkepress.com

Evdə karantin qaydalarını pozanlar saxlanıldı: Qumar oynayırlarmış

6-01-2021, 13:20

Evdə karantin qaydalarını pozanlar saxlanıldı: Qumar oynayırlarmışGoranboyda karantin rejimini pozan şəxslər inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı Goranboy rayon Qaraçinar kənd sakini Ramiz Zamanovun özünə məxsus fərdi yaşayış evinə xüsusi karantin qaydalarını pozaraq həmkəndlilərini dəvət etməsi və onlarla qumar oynaması aşkar edilib.

Bununla əlaqədar olaraq, Müseyib Verdiyev, Toğrul Cəfərov, İnqilab Dadaşov, Ağa Qurbanov, Sulduz Verdiyev və ev sahibi Ramiz Zamanov barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 525-ci (Qumar oyununda iştirak etmə) maddələri ilə protokol tərtib edilərək baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi