olkepress.com
olkepress.com

Ağdamın işğaldan azad olunan iki kəndi minalardan tam təmizlənib

6-01-2021, 13:15

Ağdamın işğaldan azad olunan iki kəndi minalardan tam təmizlənibAğdam rayonunun işğaldan azad olunan iki kəndi minalardan təmizlənib.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayonun Ağdamkənd və Sarıcalı kəndlərinin ərazisi demək olar ki tam olaraq minalardan təmizlənib, digər kəndlərdə isə təmizlənmə işləri aparılır.

Hazırda rayonun Qiyaslı və Şahbulaq kəndləri istiqamətində təmizləmə işləri aparılır.

Xatırladaq ki, bu kəndlər 2020-ci il noyabrın 20-də erməni işğalından azad edilib. Hazırda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə yanaşı Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da Ağdam rayonunun minalardan təmizlənməsi prosesində iştirak edir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi