olkepress.com
olkepress.com

Avropadan daha 1385 nəfər Azərbaycana deportasiya ediləcək - VİDEO

21-11-2019, 10:25

Avropadan daha 1385 nəfər Azərbaycana deportasiya ediləcək - VİDEODövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəyə qaytarılan saxta miqrantlarla bağlı REAL TV-yə müsahibə verib.

O bildirib ki, Avropa İttifaqqı ilə readmissiya sazişi imzalanandan sonra 1385 nəfər geri qaytarılıb və hələ daha bu qədərinin də qaytarılacağı gözlənilir.
Qaytarılan şəxslərin sonrakı taleyi ilə bağlı prosedurlara toxunan Vüsal Hüseynov deyib ki, onlarla söhbət aparılır, ehtiyacları öyrənilir, bundan sonra isə sərbəst buraxılırlar. Onların 33 faizi ilə bağlı müvafiq dəstək tədbirləri də görülüb - yəni ailələrin təhsil, səhiyyə kimi ehtiyaclarının ödənilməsi təmin olunub.
Xarici dövlətdən sığınacaq almaq prosedurunun detallarını izah edən Xidmət rəisi göstərib ki, bu, heç də “miqrasiya dəllalları”nın insanlara təsvir etdiyi qədər asan və sadə deyil. Buna görə də, onların şirnikləndirici təkliflərinə və vədlərinə inanmaq olmaz. Qaytarılan şəxsləri müxtəlif növ etirazlara həvəsləndirən də elə həmin “miqrasiya dəllalları” olurlar. Çünki onlar düşünürlər ki, bu yolla xarici dövlətin müvafiq qurumunun öz qərarını dəyişdirməsinə nail olmaq mümkündür. Amma bu çox ciddi səhvdir.
- Heç bir dövlət öz miqrasiya qanunvericiliyini əcnəbilərin marağına uyğunlaşdırmır. Onlar üçün əsas öz vətəndaşlarının maraqlarıdır,- deməklə bu haqdakı yanlış təsəvvürləri dağıdan Vüsal Hüseynov əlavə edib ki, Azərbaycan tərəfi də öz növbəsində, bizim vətəndaşların saxta sənədlər və uydurma əsaslarla xarici dövlətlərdən sığınacaq almasında maraqlı deyil.
Sonda vətəndaşların “miqrant dəllalları”nın toruna düşməməsi üçün Vüsal Hüseynov bəzi vacib məsələlərə də aydınlıq gətirərək, tövsiyə edib ki, əgər kimsə hansısa Avropa dövlətinə getmək istəyirsə, bunun leqal yollarından istifadə etsin. Çünki saxta yollarla sığınacaq almaq yaxşı sonluğa gətirməyəcək.
Miqrasiya Xidmətinin rəisi həmçinin xatırladıb ki, bu gün qonşu dövlətlərdən – Ermənistan və Gürcüstandan Avropaya miqrasiya etmək istəyənlər Azərbaycanla müqayisədə 4-5 dəfə çoxdur. Ölkələrin əhalisinin sayını da nəzərə alanda, bu, üç ölkədəki vəziyyətlə bağlı çox ciddi mənzərə yaradır.(virtualaz.org)

Ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi