Azərbaycan Respublikasında 7-si fevralda növbədən kənar Prezident seçkiləri keçiriləcək. Din xadimi İbrahimov Qamboy Ölkepress.com- a açıqlamasında bildirib ki, Bu seçkilərdə qalib ordunun və dövlətin qalib Prezidenti Cənab İlham Əliyevə öz dəstək və dualarımızı edəcəyik. Biz də Ağcabədi rayon din xadimləri olaraq həmişə Ali Baş Komandanımızın xarici və daxili siyasətini dəstəkləyir, çətin və şərəfli yolda ona uğurlar arzu edirik. Möhtərəm Prezidentimizin dəstək və himayəsini daima hiss etmişik. Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin başda rəhbərlik olmaqla həmişə bizə öz dəstək və köməkliklərini göstərmişlər. Allah Ordumuzu Dövlətimizi Ali Baş Komandanımızı qorusun. Amin.
İbrahimov Qamboy.
Ölkepress.com