Mədəniyyət Nazirimizə uğurlar.
Adil Kərimli ötən ilin dekabr ayında mədəniyyət nazirinin birinci müavini təyin edilib. Bu ilin aprel ayının 14- dən isə cənab prezidentin sərəncamı ilə Mədəniyyət Naziri məqamına layiq görülüb.
Nazirin ömürlüyünə nəzər salanda görürük ki, Adil Kərimli bu təyinata qədər Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışıb. 2012-ci ildən bu vəzifədə çalışan Adil Kərimli “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib.
Eləcə də Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçu Qrupunun üzvu olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub, 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb. Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin üzvü olub.
A.Kərimli 1979-cu il doğumludur.1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2001-ci ildə isə magist elmi dərəcəsində bitirib, hüquq üzrə fəlsəfə doktorudur.
Həm peşəkar hüquqşünas, alimdir. Həm də dövlətçilik, mədəniyyət sahəsində böyük təcrübəsi var. İşlədiyi 8 ay dövründə müşahidələrim əsasında deyə bilərəm ki, gərgin işi ürəkaçandır.Regionlarda görüşlərdə olur, İctimai Şuranın iclasını keçirdir, layiq olmayan kadrları layiqlilərlə əvəzləyir, AYB- də yazarlarla görüşür,Şuşada və digər bölgələrdə tədbirlərə rəhbərlik etdiyi qürumla yüksək səviyyədə təşkilatçılığı nümunəvi yerinə yetirir, sənət xadimlərinin yubileylərini təbrik edir, çatışmazlıqlıqları aradan qaldırmağa çalışır və.s. Deməli bu insan xalqını, dövlətini , mədəniyyətini, ədəbiyyatını sevir.Dövlət başçısına sadiqdir. Ona ancaq uğurlar arzu edirəm.Düzdür hələ kültür bakanımızla görüşmək qismət olmayıb.Alicənab, sadə nazirimiz məni görüşə dəvət etsə də xaricdə konfranslarda olmuşam- Bakıda olmamışam.İnşallah! Onu da deyim ki, çox,ziyalı, aristokrat bir insandır.
Hörmətli Adil müəllim nazir təyin olunanda saytların birində müsahibəsini bu fikirlərlə tamamlamışdı:" Bizim tapşırıqlarımızı lazımi səviyyədə yerinə yetirməyənlər, Azərbaycan mədəniyyətinə xidmət baxımından uyğunsuz fəaliyyət göstərənlər, bu missiyanın öhdəsindən gələ bilməyənlər bizdən ayrılacaq". Göründüyü kimi fəaliyyəti ilə dediyi sözlərə əməl edir.Uğurlar Adil müəllim.Həmişə belə işləyin, biz də sevinək, qürur duyaq.
Vüqar Əhməd- filologiya elmləri doktoru, professor, BEA- nın akademiki, Turanın Xalq Şairi