olkepress.com
olkepress.com

“Günay Sığorta”nın təsisçisi Azad Cavadovu işdən AZAD ETDİ

5-08-2022, 13:53

“Günay Sığorta”nın təsisçisi Azad Cavadovu işdən AZAD ETDİ

“Günay Sığorta” şirkətinin Direktorlar Şurası sədrinin müşaviri vəzifəsindən kənarlaşdırılıb.

Ölkepress.com xəbər verir ki, FED.az etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, “Günay Sığorta” şirkətinin Direktorlar Şurasının sədri Mahmud Məmmədov özünə müşavir təyin etdiyi Azad Cavadovu vəzifəsindən uzaqlaşdırıb.

FED.az şirkətlə əlaqə saxlayıb, bildirilib ki, A.Cavadovun yerinə "Günay Bank"da işləmiş yeni əməkdaş təyin edilib.

Qeyd edək ki, Azad Cavadov “Günay Sığorta” şirkətində satış sahəsinin kuratoru olub.

Xatırladaq ki, A. Cavadov 2007-2017-ci illərdə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru işləyib.

2017-ci il avqustun 1-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə A.Cavadov Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsindən azad edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi