olkepress.com
olkepress.com

Bərdə necə bərbad, necə çirkindir... - VİDEOFAKT

13-07-2022, 14:53

Bərdə necə bərbad, necə çirkindir... - VİDEOFAKT

Bərdədə bir aydır ki, kanalizasiya suyu küçəyə axır. Xoşagəlməz mənzərə şəhərin Heydər Əliyev prospekti 151 ünvanında yaşanır. Ərazini üfunət bürüyüb.

Yerli sakinlər deyirlər ki, problemin həlli üçün dəfələrlə müraciət ediblər, amma problem həllini tapmır. Uzun zamandır yaşanan problem xəstəlik mənbəyinə çevrilib.

Onlar qeyd edirlər ki, uşaqlar bunun çirkablı su olduğunu bilmirlər. Onlar bu hala görə daha da narahatdırlar.

Şikayətçilər kanalizasiya quyusunun açılaraq təmizlənməsini tələb edirlər.

Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Bərdə rayon su kanal idarəsindən bildirilib ki, Bərdə şəhərinin kanalizasiya şəbəkəsi olmadığından bu sahəyə xidmət göstərmirlər. Bu səbəbdən də yaranmış problemə cavabdehlik daşımırlar.

Daha ətraflı Baku TV-nin süjetində:



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi